İngiltərədə koronavirusun ilk vaksini 90 yaşlı qadına vurulub

İngiltərədə koronavirusun ilk vaksini 90 yaşlı qadına vurulub

8 Dekabr, 13:30 Sosial mediada paylaşın:

Birləşmiş Krallıqda artıq koronavirus əleyinə vaksinin tətbiqinə başlanılıb.

İlk olaraq şimali irlandiyalı 90 yaşlı Marqaret Kinan peyvənd olunub. Səhiyyə Nazirliyi vaksinasiya proqramının ilk mərhələsində yaşı 80-dən yuxarı olan vətəndaşlar və tibb işçilərinin peyvənddən faydalanacağını açıqlayb. Pfizer-Biontech şirkətlərinin istehsal etdiyi vaksindən 2-3 həftə fasilə ilə iki doza həcmində istifadə olunacağı bildirilir. İlk vaksindən 12 gün sonra insan bədənində koronavirusa qarşı immunitet yaranmağa başlayır. 21 gün sonra vurulan ikinci doza  isə immunitetin  formalaşmasını tam başa çatdırır.

İtaliya isə Avropada virusdan sutkalıq ən çox ölüm halının olduğu ölkə kimi diqqət mərkəzindədir. Ölkədə koronavirusdan ölənlərin sayı 528 nəfər artaraq 60 600-ü keçib.

Dünyada COVID-19-dan ən çox ölüm faktı isə ABŞ-dadır. Ötən sutka daha 1508 nəfər pandemiyanın qurbanına çevrilib. Son həftələrdə dünya üzrə yoluxma hallarının 1/3-nin ABŞ-ın payına düşdüyünü açıqlayan Dünya Səhiyyə Təşkilatının rəsmisi Mayk Rayan bu ölkədə hər dəqiqə 1-2 nəfərin koronavirusdan ölümündən dəhşətə düşdüklərini qeyd edib.

Koronavirusun ilk üzə çıxdığı Çində yeni yoluxma sayı yox deyiləcək qədər azdır - 7 nəfər. Pandemiyanın başlamasının ildönümündə artıq Uhan şəhərində həyat tam axarına dönüb.

Tələfat göstəricisinə görə Asiyada ilk sırada yer alan Hindistanda iyulun 10-dan indiyədək ən aşağı yoluxma sayı qeydə alınıb. Gün ərzində 26 567 nəfərdə koronavirus aşkarlanıb. Bu müddət ərzində 385 COVID-19 xəstəsi vəfat edib

CANLI YAYIM