Bu il Azərbaycanda ümumi daxili məhsulun artımı 1,9% təşkil edəcək, 2022-ci ildə isə iqtisadi artım 4,5%-ə qədər artacaq.
Bu barədə Dünya Bankının “Dünya iqtisadiyyatının perspektivləri” adlı yanvar hesabatında deyilir.
Qeyd olunub ki, 2021-ci ildə Azərbaycanda iqtisadi fəallıq neftin qiyməti sabitləşdikcə artacaq. Hesabatda o da vurğulanıb ki, ölkə iqtisadiyyatı Qarabağın bərpasına yatırılan sərmayələr və çəkilən xərclərdən faydalanacaq.