İki səfir geri çağırılıb - SƏRƏNCAM

İki səfir geri çağırılıb -SƏRƏNCAM

8 Yanvar, 16:12 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Həsən Əziz oğlu Həsənovun Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Nərgiz Akif qızı Qurbanovanın isə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması ilə bağlı sərəncamlar imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə N.Qurbanova Azərbaycanın Polşada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

CANLI YAYIM