Daha bir qazimizin fiziki bərpa prosesi sürətləndirilib

Daha bir qazimizin fiziki bərpa prosesi sürətləndirilib

11 Yanvar, 11:00 Sosial mediada paylaşın:

“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı mühüm addımlar atılır.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, ciddi fiziki travma alan, zəruri tibbi müayinələrdən keçən və artıq ilk əməliyyatı uğurla başa çatan qazimiz Yusif Ağammədovun fiziki bərpa prosesini daha da sürətləndirmək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən “RGO” ortopedik cihazından istifadə olunur: “Bu cihaz vasitəsilə hərəkət məhdudiyyətli şəxslərə addım atmaq şansı yaradılır. “YAŞAT” Fondu onun müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq”.

CANLI YAYIM