AzTV-də yeni layihə: “Obyektiv” - Hadisələrin mərkəzindən xəbər veririk

AzTV-də yeni layihə: “Obyektiv” - Hadisələrin mərkəzindən xəbər veririk

14 Yanvar, 11:48 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasında yeni layihə başlayıb.

“Obyektiv” adlı verilişin aparıcısı Cəsarət Qənbərli, layihə rəhbəri isə Sərvər Bayramovdur.

Həftədə 3 dəfə, axşam saatlarında efirə gedəcək proqram studiyadan kənarda, hadisələrin mərkəzində çəkilir. Bu isə verilişi daha dinamik edir, müsahiblərin məsələ ilə bağlı ona birbaşa aidiyyəti olan mərkəzdən məlumat verməsini təmin edir.

“Obyektiv”in ilk buraxılışı yanvarın 13-ü saat 21:30-da efirə gedib.

Mövzu isə informasiya təhlükəsizliyi ilə bağlı olub.

Verilişə “YouTube” kanalımızdan da baxa bilərsiniz.

CANLI YAYIM