“Netflix” Bakıda film çəkib

“Netflix” Bakıda film çəkib

15 Yanvar, 14:05 Sosial mediada paylaşın:

Məşhur “Netflix” internet platforması Bakıda film çəkib.

“Netflix İndonesia”nın  Bakıda lentə aldığı “Leyli və Məcnun” adlı film Leyli və Məcnunun sevgi hekayəsindən bəhs edir. Platformanın rəsmi “YouTube” kanalında filmin təqdimat çarxı yayımlanıb. Ekran əsərinin ssenari müəllifi və rejissoru indoneziyalı Monti Tişadır. Müəllif filmin ərsəyə gəlməsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasından ilhamlandığını bildirib. 

2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar filmin bəzi səhnələri məhz burada çəkilib. Film “Netflix”in Azərbaycanda ekranlaşdırılan ilk layihəsidir.

Filmin əsas qəhrəmanları  “azərbaycanlı Samir” və “indoneziyalı Leyla”dır. Gənc müəllim olan “Leyla” Sevgililər günü ərəfəsində işləmək üçün Bakıya gəlir və burada Samirə aşiq olur. Lakin onların sevgi münasibəti zamanla mürəkkəbləşir.

Filmdə baş rolları “Leyla” obrazında Acha Septriasa, Samiri (Məcnun) isə Rza Rahadian canlandırır. Filmdə azərbaycanlı aktyorlar da çəkilib.

Ekran işinin premyerası fevralın 11-də keçiriləcək.

Gülnaz Hacıyeva

CANLI YAYIM