Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Merdinli kəndinin videogörüntülərini yayıb.
Bir çox tədqiqatçının fikrinə görə, kənd Merdinli nəslinə mənsub ailələr tərəfindən salındığına görə belə adlandırılıb. Kəndin 1750-ci ilə qədərki adı Qarabulaq olub. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Merdinli kəndi Azərbaycan Ordusunun Vətən müharibəsində Şanlı Qələbəsindən sonra noyabrın 9-da işğaldan azad edilib.