Xəzər dənizində dalğanın hündürlüyü 2,8 metrə çatıb

Xəzər dənizində dalğanın hündürlüyü 2,8 metrə çatıb

18 Yanvar, 21:33 Sosial mediada paylaşın:

Yanvarın 18-də ölkə ərazisində hava şəraiti dəyişib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Gədəbəy, Quba, Şahdağ, Sarıbaş (Qax) və Qrızda qar, Şəmkir, Şahbuz, Qusarda isə yağış yağıb. Şimal-qərb küləyi əsib, sürəti arabir Xınalıqda 23, Naftalanda 21, Neftçalada 20, Yardımlı, Tərtər, Şəmkirdə 16 metr/saniyə olub. Bakıda və Abşeron yarımadasında - Qum adasında 18, Çilov adası, Pirallahıda 16, Bakıda saniyədə 15 metrədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,8 metrə çatıb.

CANLI YAYIM