Türkiyədə üzərinə “Qarabağ Azərbaycandır” yazılmış pul buraxılıb

Türkiyədə üzərinə “Qarabağ Azərbaycandır” yazılmış pul buraxılıb

22 Yanvar, 14:41 Sosial mediada paylaşın:

Türkiyədə üzərinə “Qarabağ Azərbaycandır” yazılmış xatirə sikkəsi tədavülə buraxılıb.

Gümüş pulun bir üzündə Azərbaycanın zəfər rəmzi hesab olunan xarıbülbül simvolu, digər üzündə isə Azərbaycan xəritəsi, bayrağı, ay-ulduz və gerbi əks olunub.

Gümüş sikkənin üzərində həmçinin Ağdam məscidi və Şuşa qalası da təsvir olunub.

50 manat dəyərində olan gümüş pul kolleksionerlərin istifadəsi üçün artıq satışa təqdim edilib.

CANLI YAYIM