Şuşadan yeni xəbər

Şuşadan yeni xəbər

22 Yanvar, 16:30 Sosial mediada paylaşın:

Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün 110,35,10 kilovoltluq yeni yarımstansiya tikilir. 

Şuşa şəhərinin girişində tikilən yeni yarımstansiya məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulacaq. Burada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılır. Şuşanın milli ornamentləri qorunmaqla müasir üsulubda inşa ediləсək yarımstansiyanın idarəetmə binasında bütün parametrlər nəzərə alınıb. 

İşğaldan azad olunan ərazilərin böyük hissəsinin, o cümlədən Şuşa yarımstansiyasının Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün Füzulidəki Şükürbəyli yarımstansiyası genişləndirilərək tam yenidən qurulur və yarımstansiyaya İmişlidən 110 kilovoltluq 51 km məsafədə xətt gətirilir.

Ən əsası isə Füzulidən Şuşaya 75 km məsafədə 110 kilovoltluq ikidövrəli “Şuşa-1”, “Şuşa-2” elektrik xətti çəkilir. Artıq hava elektrik xəttində 70 faiz işlər görülüb, yaxın müddətdə işlər yekunlaşacaq. Yüksəkgərginlikli hava xətti ən çətin dağlıq, meşəlik relyefdə növbəli iş prinsipi ilə həyata keçirilir.

Tezliklə işğaldan azad edilən Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da 110 kilovoltluq yeni yarımstansiyaların inşasına başlanacaq.

Orxan Qasımlı

CANLI YAYIM