Qarabağda fəaliyyətə başlayacaq Türkiyə-Rusiya Monitorinq Mərkəzi sülh və sabitliyə müsbət təsir edəcək - TƏHLİL

Qarabağda fəaliyyətə başlayacaq Türkiyə-Rusiya Monitorinq Mərkəzi sülh və sabitliyə müsbət təsir edəcək - TƏHLİL

27 Yanvar, 22:45 Sosial mediada paylaşın:

Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə bölgədə yeni reallıqlar yaradıb. Bu reallıqlar Qafqaz regionunda gələcək əməkdaşlıqların təməlini təşkil edir.

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramında əməkdaşlıqların perspektivləri təhlil olunub. Eyni zamanda, Qarabağda yaxın günlərdə fəaliyyətə başlayacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi haqqında fikir mübadiləsi aparılıb. Verilişə videobağlantı vasitəsilə qoşulan Türkiyənin istefada olan generalı Yücel Karauz, rusiyalı politoloq Sergey Markov və Fransadan olan jurnalist Jil Mixaili mövzu ətrafında fikirlərini bildiriblər.

Türkiyəli general Y.Karauz bildirib ki, yanvarın 30-da işə başlayacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi sülhyaratma missiyası baxımından yeni mərhələnin start götürdüyü anlamını verir: “Sözügedən Monitorinq Mərkəzi sülhün möhkəmlənməsinə töhfə verməklə yanaşı, Qarabağda terror hərəkətlərinin də qarşısını alacaq. Önəmli olan məsələlərdən biri də odur ki, monitorinq Rusiya və Türkiyənin iştirakı ilə həyata keçirilir. Hesab edirəm ki, bundan sonra xırda problemləri nəzərə almasaq, Qarabağda sülh və əminamanlıq təmin olunacaq, möhkəmlənəcək”.

Politoloq S.Markov da qeyd edib ki, Monitorinq Mərkəzi sülhün yaranmasına yardım edəcək: “Rusiya ilə Türkiyə hərbçiləri arasında qarşılıqlı hörmət var və onlar missiyanı birgə həyata keçirə biləcəklər. Mənə elə gəlir ki, bu əməkdaşlıq lazımlı və faydalıdır.

Jurnalist J.Mixaili də hesab edir ki, Azərbaycanın haqlı müharibədə qələbəsi bölgənin gələcəyinin inkişafı üçün mühüm amil oldu.

“Hədəf”in maraqlı müzakirəsini bütöv şəkildə “YouTube” kanalımızdan izləyə bilərsiniz.

CANLI YAYIM