Göygöldə COVID-19-a qarşı peyvəndlənmə - 400-dən artıq şəxsə vaksin vuruldu

Göygöldə COVID-19-a qarşı peyvəndlənmə - 400-dən artıq şəxsə vaksin vuruldu

5 Fevral, 12:50 Sosial mediada paylaşın:

Göygöldə COVID-19-a qarşı peyvəndlənmə davam etdirilir. İlkin olaraq risk qrupuna daxil olan tibb işçiləri, eləcə də yaşı 65-dən yuxarı olan rayon sakinlərinə könüllülük əsasında vaksin vurulur.

Vaksinasiyanın təlimata uyğun aparılması üçün Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər şöbəsində 5 peyvənd otağı yaradılıb. İlkin mərhələdə rayona 515 doza vaksin göndərilib. Artıq 400-dən artıq şəxsə peyvəndin birinci dozası vurulub. İkinci dozası isə 21 gündən sonra vurulacaq.

Göygöl rayonunda ümumilikdə 548 tibb işçisi çalışır. Vaksinasiya strategiyasına uyğun olaraq səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslərdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları da əks-epidemik tədbirlərə cəlb olunacaqlar.

Koronovirusa qarşı peyvəndin vurulması profilaktik xarakter daşıyır və xəstəliyə yoluxmanı aradan qaldırmağa hesablanıb. Mütəxəssislərin fikrincə, koronavirusa qarşı peyvənd insanın bədənində güclü immunitent yaradır, nəticədə COVID-ə yoluxsa belə, xəstəliyi yüngül formada keçirir.

Xaliq Qurbanlı

CANLI YAYIM