Şəhid və qazi ailələri ziyarət olunub

Şəhid və qazi ailələri ziyarət olunub

16 Fevral, 17:35 Sosial mediada paylaşın:

“Əsgərə xatirə kitabı” layihəsi çərçivəsində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ağstafa və Tovuz rayonlarında şəhid və qazi ailələri ziyarət olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi qulluqçular, “Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva və icraçı direktoru Məltəm Şıxəliyeva 43 şəhid, 6 qazi və əsirlikdən azad olunmuş 1 vətəndaşımızın ailəsini ziyarət ediblər.

Görüşlər zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, söhbətlər aparılıb, ailələrə hədiyyələr və sovqatlar təqdim olunub.

CANLI YAYIM