Koronavirusa 145 yeni yoluxma

Koronavirusa 145 yeni yoluxma

18 Fevral, 16:40 Sosial mediada paylaşın:

Azərbaycanda koronavirus infeksiyasından 155 nəfər müalicə olunaraq sağalıb, 145 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 232 min 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 227 min 271 nəfər müalicə olunaraq sağalıb, 3190 nəfər vəfat edib. Aktiv xəstə sayı 2175 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 528 min 610 test aparılıb. Bugünkü test sayı isə 7216-dır.

CANLI YAYIM