Əlindəki fənər anasının unutduğu körpəni Xocalıdan sağ çıxarır... – AzTV yeni film çəkir

Əlindəki fənər anasının unutduğu körpəni Xocalıdan sağ çıxarır... – AzTV yeni film çəkir

22 Fevral, 11:26 Sosial mediada paylaşın:

Zaqatalada Xocalı soyqırımı haqqında film çəkilir.

Azərbaycan Televiziyasının istehsalı olan “Ümid işığı” fevralın 26-da, faciənin 29-cu ildönümündə tamaşaçılara təqdim ediləcək.

Filmin çəkilişi üçün Zaqatalanın seçilməsi isə təsadüfi deyil. Belə ki, bu rayonun relyefi Xocalı ilə oxşarlıq təşkil edir. Çəkilişlər Muğanlı, Kəpənəkçi və digər kəndlərdə aparılır.

“Ümid işığı” Xocalı soyqırımı zamanı bir körpənin həyatının xilas olunmasından bəhs edir. Sağ qalan insanların helikopterlə təxliyəsi zamanı ana övladlarından birini unudur. Uşağın əlindəki fənər isə onun ümid işığına çevrilir. Məhz bunun sayəsində balacanı xilas etmək mümkün olur.

Filmin ssenari müəllifi Afaq Əhmədovadır. Səhnələrin real alınması üçün çəkiliş meydançasına helikopterlər, hərbi texnikalar cəlb edilib.

Nigar Davudova

CANLI YAYIM