Xəzərdə dalğanın hündürlüyü 7,5 metrə çata bilər

Xəzərdə dalğanın hündürlüyü 7,5 metrə çata bilər

23 Fevral, 12:15 Sosial mediada paylaşın:

Kəskin hava şəraiti ilə bağlı Xəzər dənizi akvatoriyasında təhlükəsizlik tədbirləri gücləndirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıq edir. Bu gün axşamdan Xəzər dəniz akvatoriyasında – Bakıda və Abşeron yarımadasında Şimal-Qərb, Şimal küləyinin 18-23 m/s-dək, arabir 25-30 m/s-ə qədər, fevralın 24-də isə yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi ehtimal edilir.

Dənizdə dalğanın hündürlüyünün 2-4 metrə, hətta 5,5-7,5 metrə çatacağı gözlənilir. Müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlar verilib.

CANLI YAYIM