Bakıda qarlı havada isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır

Bakıda qarlı havada isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır

24 Fevral, 11:40 Sosial mediada paylaşın:

Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd edilib ki, çadırların quraşdırılması Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.

Memoranduma əsasən, şəhərin müxtəlif 4-5 yerində xüsusi çadırların quraşdırılmasına başlanılıb. Hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar burada həm isti çay içə, həm yemək yeyə, həm də dincələ biləcəklər. Bunun üçün bütün şərait yaradılacaq. Çadırlar qarlı hava şəraitinin bütün günlərində açıq olacaq. Bu işə nəzarəti RİİB-in könüllüləri və icra hakimiyyətinin əməkdaşları edəcək.

CANLI YAYIM