4 şəhər, 1 rayonda bağçalar da bağlandı

4 şəhər, 1 rayonda bağçalar da bağlandı

2 Aprel, 16:20 Sosial mediada paylaşın:

Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda dövlət və özəl bağçaların fəaliyyəti dayandırılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq bu barədə yerli icra hakimiyyəti orqanları müvafiq sərəncam verib.

Qeyd edək ki, sözügedən şəhərlərdə və rayonda məktəblərdə də əyani təhsil formasından distant təhsilə keçidlə bağlı qərar qəbul edilib. Qərar aprelin 5-dən qüvvəyə minir.

CANLI YAYIM