Bundan sonra Keşikçidağa getmək daha rahat olacaq

Bundan sonra Keşikçidağa getmək daha rahat olacaq

8 Aprel, 12:20 Sosial mediada paylaşın:

Tarixi mədəniyyət nümunəsi olan Keşikçidağ Dövlət Tarix Mədəniyyət qoruğuna gedən yolun inşası davam edir. 

Qoruğa gedən yol Ağstafa-Poylu-Sadıxlı yolunun 38-ci kilometrliyindən ayrılır. Hazırda yolun torpaq yatağı tikilir. Umumi eni 15, hərəkət hissəinin eni isə 9 metr olacaq. Yolun 15 kilometrinə asfalt, Alban məbədinə və “İlham Əliyev adına zirvə” istiqamətinə gedən hissəsinə isə beton örtük çəkilməsi nəzərdə tutulur.

Yol İkinci texniki dərəcəyə uyğun inşa edilir. Torpaq yatağı hazırlanmaqla yanaşı hazırda suötürücülər də qoyulur. Ərazinin relyefi çətin, dərələrin sayı çox olduğundan yol boyu 50-dək suötürücü borular quraşdırılır. İlin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulan yol bölgədə eko və arxeloji turizmin inkişafı üçün geniş imkanlar yaradacaq. Artıq bu il üçün də bəzi layihələr nəzərdə tutulur. Məsələn, arxeoloji yay məktəbinin təşkili gözlənilir.

Tarix-Mədəniyyət Qoruğunun “Nizami Gəncəvi İli” ilə baglı da layihələri var. İndi şairin 880 illik yubleyinə həsr olunan sosial layihə həyata keçirilir - qoruq ərazisində badam bağı salınır.

Onu da qeyd edək ki, 7-ci və 14-cü kilometrliklərdə yolun istiqaməti dəyişdirilib. Çünki “Qaltan dərəsi”  və “Karvan dərəsi” adlanan həmin ərazilərdə qədim yaşayış düşərgələri, son tunc-erkən dəmir dövrünə aid edilən 6 daş örtüklü kurqan aşkar edilib. Bu maddi-mədəniyyət nümunələri də həm tariximizin öyrənilməsi, həm də turizm baxımından əhəmiyyətlidir.

 

CANLI YAYIM