Azərbaycanda COVID-19-a daha 2717 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda COVID-19-a daha 2717 yeni yoluxma faktı qeydə alınıb

8 Aprel, 18:41 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1341 nəfər müalicə olunaraq sağalıb, 2717 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 279 min 181 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 245 min 881 nəfər müalicə olunaraq sağalıb, 3811 nəfər vəfat edib. Aktiv xəstə sayı 29480 nəfərdir. Ötən müddət ərzində 2 milyon 977 min 593 test aparılıb. Bugünkü test sayı isə 14581-dİr.

CANLI YAYIM