Rusiyanın Baş prokuroru Azərbaycana səfərə gəlib

Rusiyanın Baş prokuroru Azərbaycana səfərə gəlib

8 Aprel, 19:23 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Baş Prokurorluğu cinayətkarlıqla mübarizə sahəsində bir sıra beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları ilə işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması zəminində səmərəli fəaliyyətini davam etdirir.

Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov aprelin 8-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib. Hər iki qurumun rəhbərləri ikitərəfli qarşılıqlı fəaliyyətin müxtəlif aspektlərini, prokurorluq fəaliyyətinin ən aktual məsələləri üzrə birgə tədbirlərin keçirilməsinin perspektivlərini müzakirə etmək və bir sıra ikitərəfli sənədləri imzalamaq niyyətindədirlər. Səfərin təfərrüatları barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

CANLI YAYIM