Bu gün Azərbaycanda 43 min 698 nəfər koronavirusa qarşı peyvənd olunub

Bu gün Azərbaycanda 43 min 698 nəfər koronavirusa qarşı peyvənd olunub

8 Aprel, 19:25 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasında aprelin 8-də daha 43 min 698 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 min 40, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 10 min 658 nəfər olub. Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 69 min 488-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 672 min 503, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 396 min 985 nəfərdir.

CANLI YAYIM