XİN Paşinyana şeirlə cavab verdi: “Diz çökəcək qarşıda”

XİN Paşinyana şeirlə cavab verdi: “Diz çökəcək qarşıda”

16 Aprel, 10:00 Sosial mediada paylaşın:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsi Ermənistan baş naziri Nikol Paşinyanın ölkə parlamentində söylədiklərini şərh edib.

XİN-in şərhində deyilir:

"14 aprel tarixində Ermənistan Parlamentində çıxış edən baş nazir Nikol Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb.

N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.

Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

Yurdumuzu çeynəyən

Sayğısız hər kim olsa?

İnan ki, çox sürmədən

Diz çökəcək qarşıda”.

CANLI YAYIM