Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkı yaradılır

Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkı yaradılır

17 Aprel, 15:33 Sosial mediada paylaşın:

Quba şəhərində Azərbaycan-Türkiyə qardaşlıq parkı tikilir.

əhərinin Əliqulu Nərimanov küçəsində tikilən yeni parkın layihələndirilməsinə Azərbaycan və Türkiyədən mütəxəssislər cəlb olunub.

Yeni istirahət məkanının eni 24, uzunluğu isə 60 metrdir. Parkda simvolik olaraq iki qardaş ölkənin bayraqlarındakı ulduz və ayparalar təsvir ediləcək.

Azərbaycan və Türkiyənin bayraqlarının dalğalanacağı parkda sakinlərin asudə vaxtının səmərəli təşkili üçün lazımi şərait yaradılacaq.

Parkın ümummilli lider Heydər Əliyevin doğum günündə istifadəyə verilməsi nəzərdə tutulub.

CANLI YAYIM