Paşinyan seçkidə 53,92 % səs toplayıb

Paşinyan seçkidə 53,92 % səs toplayıb

21 İyun, 10:10 Sosial mediada paylaşın:

2008 seçki məntəqəsində səslərin sayılması prosesi 100 faiz yekunlaşdırılıb.

Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bu nəticələrə görə "Vətəndaş Müqaviləsi" partiyası səslərin 53,92 faizini toplayaraq qalib olub.

"Ermənistan" bloku isə səslərin 21,04 faizini toplaya bilib.

Beləliklə, Nikol Paşinyanın partiyası Yerevanda olduğu kimi Sünik də daxil olmaqla, Ermənistanın bütün bölgələrində qalib gəlib.

CANLI YAYIM