Qəhrəmanlıq tariximizdən - Tovuz döyüşləri “Jurnalist araşdırması”nda

Qəhrəmanlıq tariximizdən - Tovuz döyüşləri “Jurnalist araşdırması”nda

12 İyul, 13:49 Sosial mediada paylaşın:

2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib.

Dşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir Yaşar Babayev, gizir İlqar Zeynallı, müddətdən artıq hərbi xidmət qulluqçuları Elçin Mustafazadə, Nazim İsmayılov, Vüqar Sadıqov, baş leytenant Rəşad Mahmudov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə yüksəlib. Döyüşlər zamanı Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki verib.

Yunis Orucovun təqdimatında efirə gedən “Jurnalist araşdırması” verilişinin növbəti buraxılışı Tovuz hadisələrinə həsr olunub. Verilişə bu axşam saat 21:00-da Azərbaycan Televiziyasında baxmağı unutmayın!

CANLI YAYIM