Qurban bayramınız mübarək!

Qurban bayramınız mübarək!

20 İyul, 00:00 Sosial mediada paylaşın:

Qurban bayramının əsas mahiyyəti Allah yolunda kəsilən qurbanlıq heyvanların ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək , xeyirxahlıq, paklıq, Allaha inam və sevgidən ibarətdir.

Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.

Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə...

Azərbaycan Televiziyasının kollektivi tamaşaçılarını Qurban bayramı münasibətilə təbrik edir. 

Bayramınız mübarək olsun!

CANLI YAYIM