Rusiyanın Baş prokuroru Qurban bayramı ilə əlaqədar Azərbaycanın Baş prokurorunu təbrik edib

Rusiyanın Baş prokuroru Qurban bayramı ilə əlaqədar Azərbaycanın Baş prokurorunu təbrik edib

20 İyul, 15:12 Sosial mediada paylaşın:

Iyulun 20-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında telefon danışığı olub.

Bu barədə Baş Prokurorluğun instaqram və feysbuk səhifələrində məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, İqor Krasnov zəng edərək azərbaycanlı həmkarını və prokurorluğun kollektivini müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Baş prokuror Kamran Əliyev təbrikə görə təşəkkürünü bildirib.

Telefon söhbətində dövlətlərimizin başçılarının rəhbərliyi ilə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hüquq-mühafizə sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.

CANLI YAYIM