Abşeronlular Qurban bayramını hərbçilərlə birlikdə qeyd ediblər

Abşeronlular Qurban bayramını hərbçilərlə birlikdə qeyd ediblər

20 İyul, 18:15 Sosial mediada paylaşın:

Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində yerləşən N saylı hərbi hissədə Qurban bayramı münasibətilə tədbir keçirilib.

Xalqımızın ən qədim və əziz bayramlarından olan müqəddəs Qurban bayramı münasibətilə təşkil edilən tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlayıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda müsəlmanların həmrəylik və qardaşlıq rəmzi kimi böyük təntənə ilə qeyd etdikləri Qurban bayramının insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaratdığı vurğulanıb. Bildirilib ki, İslamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalan Azərbaycan xalqının tarixinin çətin dövrlərində də Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd edib.

Vurğulanıb ki, dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızın öz milli və dini ənənələrinə sadiqliyinin parlaq ifadəsidir. Milli Məclisin 1992-ci il oktyabrın 27-də qəbul etdiyi tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən, Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində qeyd olunur.

Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi, Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən naminə canlarından keçməyə hazır olduqlarını göstərdilər. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi. Bu il Qurban bayramını işğaldan azad edilmiş rayonlarımızla, Qarabağımızla birlikdə bütöv Azərbaycan olaraq qeyd edirik.

Daha sonra hərbi hissədə adət-ənənəyə uyğun olaraq qurbanlıq heyvanlar kəsilib.

CANLI YAYIM