Xocalıda tikinti şirkətinin əməkdaşları minaya düşüb

Xocalıda tikinti şirkətinin əməkdaşları minaya düşüb

22 İyul, 11:01 Sosial mediada paylaşın:

İki nəfərin Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xocalı Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Xocalı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

CANLI YAYIM