Azərbaycan və Macarıstan televiziyaları arasında görüş keçirilib

Azərbaycan və Macarıstan televiziyaları arasında görüş keçirilib

22 İyul, 15:40 Sosial mediada paylaşın:

22 iyul 2021-ci il tarixində Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Azərbaycan Televiziyası və Macarıstanın MTVA həmçinin, Duna TV televiziyaları arasında ZOOM platforması üzərindən onlayn görüş keçirilib.

Görüşün əsas məqsədi televiziyalar arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı layihələr, sənədli film və informasiya mübadilələri haqqında geniş müzakirələr aparmaq olub. Görüşün əvvəlində çıxış edən Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ölkələrimiz arasındakı möhkəm dostluq əlaqələrinə toxunaraq, bu görüşün xalqlarımız arasında mədəni mübadiləyə mühüm tövfə verəcəyini bildirib.

Görüş zamanı, həmçinin, Azərbaycan Televiziyasının nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası ilə Macarıstanın MTVA və Duna TV televiziyaları arasında təcrübə mübadiləsinə də toxunulub.

CANLI YAYIM