Millimizin oyunlarının başlama vaxtı müəyyənləşib

Millimizin oyunlarının başlama vaxtı müəyyənləşib

22 İyul, 16:24 Sosial mediada paylaşın:

Futbol üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Lüksemburq, ayın 4-də İrlandiya və oktyabrın 12-də Serbiya milli komandalarına qarşı keçirəcək oyunların stadionu və başlama vaxtı məlum olub.

Lüksemburqla oyun Bakı vaxtı ilə saat 22:45-də Lüksemburqdakı “Stade de Luxembourg”da, İrlandiya ilə qarşılaşma saat 20:00-da Dublindəki “Aviva”, Serbiya ilə oyun isə saat 22:45-də Belqraddakı Rayko Mitiç adına stadionda keçiriləcək.

CANLI YAYIM