“Sevinən fotolar” sənədli filmi AzTV-də

“Sevinən fotolar” sənədli filmi AzTV-də

5 Avqust, 15:27 Sosial mediada paylaşın:

Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan ağ bayraq qaldırdı, təslim olduğunu bütün dünya qarısında elan etdi. Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması prosesi başa çatdı.

Azərbaycan Televiziyasının İctimai-siyasi proqramlar Studiyasının hazırladığı “Sevinən fotolar və ya Çıraqov və başqaları Ermənistana qarşı” sənədli filminin süjet xəttini ermənilərin əsrlər boyu xalqımıza, torpaqlarımıza, tarixi, dini-mənəvi abidələrimizə və təbiətimizə qarşı törətdikləri vandalizm aktları təşkil edir.

Filmdə 2005-ci ilin aprelində həmvətənlərimiz Laçın rayonundan məcburi köçkün olan Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılov onlara vurulmuş ziyana görə Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsindən, 2015-ci il iyunun 16-da "Çıraqov və başqaları Ermənistana qarşı" işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi qərarını elan etməsindən və Ermənistan hökumətinə vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb göndərməsindən bəhs olunur. 

Filmin çəkilişləri Laçın rayonunun Kamallı kəndində baş tutub. Həmin kəndin darmadağın edilmiş evlərinə baxanda tamaşaçı erməni vəhşiliyinin, erməni qəddarlığının, erməni alçaqlığının, erməni terrorunun bir daha şahidi olur. 

Bu gün, 5 avqust saat 21:00-da Azərbaycan Televiziyasının efirində  “Sevinən fotolar və ya Çıraqov və başqaları Ermənistana qarşı” sənədli filminə baxmağı unutmayın!

CANLI YAYIM