Bakı Şəhər İcra Hakimiyyəti dezinfeksiya işlərinin aparılacağı ilə bağlı xəbərdarlıq edib.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, ölkədə koronavirus pandemiyasına yoluxanların sayı yenə yüksək həddə olduğundan vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində kompleks tədbirlər davam etdirilir.
Bu tədbirlər çərçivəsində sentyabr ayının 11-i səhər saatlarından etibarən şəhərin mərkəzində və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.