Kəmaləddin Heydərov Yevgeni Ziniçevlə vida mərasimində iştirak edib

Kəmaləddin Heydərov Yevgeni Ziniçevlə vida mərasimində iştirak edib

10 Sentyabr, 15:30 Sosial mediada paylaşın:

Bu gün Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhərində yerləşən Böhran Vəziyyətlərində Milli İdarəetmə Mərkəzinin inzibati binasında sentyabrın 8-də faciəli şəkildə həlak olmuş Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri ordu generalı Yevgeni Ziniçevlə vida mərasimi keçirilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov mərasimdə iştirak edib, mərhumun xatirəsinə ehtiramını bildirib.

CANLI YAYIM