ABŞ və Çin liderlərinin son 7 ayda ilk dəfə telefon danışığı oldu

ABŞ və Çin liderlərinin son 7 ayda ilk dəfə telefon danışığı oldu

10 Sentyabr, 16:20 Sosial mediada paylaşın:

ABŞ Prezidenti Co Bayden və Çinin dövlət başçısı Si Cinpin arasında son 7 ayda ilk dəfə telefon danışığı olub.

Ağ Evin məlumatına görə, geniş strateji müzakirələr çərçivəsində tərəflər maraqların toqquşduğu və ayrıldığı sahələrlə bağlı fikir mübadiləsi aparıblar.

Liderlər hər iki qrup məsələlərin açıq və birbaşa şəkildə müzakirə edilməsinə dair razılığa gəliblər. Si Cinpin qeyd edib ki, Birləşmiş Ştatların müəyyən zaman kəsiyində Çinə qarşı apardığı siyasət hər iki xalqın fundamental maraqları və ümumiyyətlə bütün ölkələrin maraqlarına ziddir.

Tərəflər arasında müntəzəm əlaqələrin yüksək səviyyədə saxlanılmasına dair razılıq əldə edilib.

CANLI YAYIM