Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

11 Sentyabr, 11:45 Sosial mediada paylaşın:

Sentyabrın 12-si saat 20:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sorğuların qəbulunun müvəqqəti dayandırılması yeni tədris ili ilə əlaqədar siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Sentyabrın 16-sı saat 20:00-dan etibarən isə portalda ümumi təhsil müəssisələri tərəfindən sorğuların təsdiqi funksiyası müvəqqəti işləməyəcək.

Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

CANLI YAYIM