Laçın rayonunda keçirilən Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb

Laçın rayonunda keçirilən Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb

11 Sentyabr, 16:14 Sosial mediada paylaşın:

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimi başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlim zamanı xüsusi təyinatlı qruplar mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması, zərərsizləşdirilməsi, məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və qarşıya qoyulan digər tapşırıqları uğurla yerinə yetiriblər.

Hər iki ölkənin hərbi qulluqçularının təlimdə nümayiş etdirdikləri peşəkarlıq yüksək qiymətləndirilib.

CANLI YAYIM