Azərbaycanda koronavirusdan sağalanların sayı artır

Azərbaycanda koronavirusdan sağalanların sayı artır

13 Sentyabr, 15:50 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1157 yeni yoluxma faktı qeydə alınıb, 3065 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 461249 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 412469 nəfər müalicə olunaraq sağalıb, 6134 nəfər vəfat edib, aktiv xəstə sayı 42646 nəfərdir.

Ölkədə son sutka ərzində 8123, hazırkı dövrədək isə 4661119 test aparılıb.

CANLI YAYIM