Gədəbəyə dolu düşüb

Gədəbəyə dolu düşüb

14 Sentyabr, 11:30 Sosial mediada paylaşın:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 14-ü saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib.

Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Şəmkir, Daşkəsən, Gədəbəy, Zaqatala, Gəncə, Şəkidə şimşək çaxıb, qısamüddətli yağış yağıb, Şəmkirdə düşən yağışın miqdarı 2.0 mm olub.

Sentyabrın 13-ü axşam saat 22:30 radələrində Gədəbəy rayonunun dağlıq ərazilərinə diametri 6-8 mm olan xırda dənəli dolu düşüb.

CANLI YAYIM