AzTV “Dədə Qorqud” serialının çəkilişlərində iştirak edə bilər – Müzakirə aparılır

AzTV “Dədə Qorqud” serialının çəkilişlərində iştirak edə bilər – Müzakirə aparılır

16 Sentyabr, 17:00 Sosial mediada paylaşın:

Nur-Sultanda keçirilən 17-ci Avrasiya Media Forumunda iştirak edən Azərbaycan nümayəndə heyəti Qazaxıstan Televiziyasında olub.

Görüş zamanı Azərbaycan Televiziyası ilə Qazaxıstan Televiziyası arasında yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub. Bildirilib ki, iki telekanal arasında 2007-ci ildə imzalanan Memorandumun yenilənməsinə ehtiyac var. Xüsusən də cizgi filmi, sənədli və bədii filmlərin çəkilişləri ilə bağlı əməkdaşlıq nəzərdə tutulur.

“Dədə Qorqud” adlı serialın çəkilişində Azərbaycan Televiziyasının imkanlarından istifadə də müzakirə olunur.

Bundan başqa, informasiya sahəsində və türkdilli ölkələrin ortaq dəyərlərini təbliğ edən telelayihələrin reallaşdırılmasında əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi planlaşdırılır.

Onu da qeyd edək ki, müzakirə olunan məsələlərin həllini sürətləndirmək üçün yaxın gələcəkdə Qazaxıstan Televiziyasının nümayəndələrinin Bakıya, Azərbaycan Televiziyasına gəlişi nəzərdə tutulur. 

CANLI YAYIM