Nargin adasında baş verənlərlə bağlı tarixi roman işıq üzü görüb

Nargin adasında baş verənlərlə bağlı tarixi roman işıq üzü görüb

16 Sentyabr, 17:22 Sosial mediada paylaşın:

Əməkdar jurnalist, AzTV-nin “Jurnalist araşdırması” verilişinin müəllifi Yunis Orucovun yeni kitabının təqdimat mərasimi keçirilib.

“Nargin. Saralmış kədər” adlı kitabda 1-ci Dünya müharibəsi zamanı Bakının Nargin adasında əsir saxlanılan türk hərbçilərin taleyindən və Azərbaycan xalqının onların xilası yolunda göstərdiyi fədakarlıqdan bəhs olunur.

Kitab Əməkdar jurnalist Firuzə Nadirin redaktorluğu, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun dəstəyi ilə işıq üzü görüb. Kitabın Türkiyədə də nəşri nəzərdə tutulub.

Tarixi roman janrında yazılan əsərin təqdimat mərasimində əsir düşərgəsində baş verənlərlə bağlı videoçarx da nümayiş olunub.

Əsərin müəllifi Y.Orucov kitabın yalnız kədəri xatırlatmadığını qeyd edib: “İçində qəhrəmanlıq anları, qürur duyulacaq səhnələr də var. Amma o, sanki saralmış bir fotonu xatırladır. O fotoda hamı var: bütün əsgərlər, orada can verən, qanı tökülən bütün əziz qardaşlarımız... Əsərin adının ideyası bununla bağlıdır”.

Təqdimat mərasimindən sonra müəllifin imza mərasimi keçirilib.

CANLI YAYIM