Rusiyada Dövlət Dumasına seçkilər keçirilir

Rusiyada Dövlət Dumasına seçkilər keçirilir

17 Sentyabr, 15:16 Sosial mediada paylaşın:

Rusiyada sentyabrın 17-dən 19-dək müxtəlif səviyyələrdə seçkilər keçirilir.

Ölkənin əksər regionlarında Dövlət Dumasına seçkilər başlayıb.

Dumaya seçkilərlə yanaşı, ölkənin 46 subyektində regional seçkilər təşkil olunub. Vətəndaşlar 9 regionda yüksək vəzifəli şəxsləri, 39 regionda qanunverici orqanların deputatlarını seçəcək, 3 regionda isə deputatlar Prezidentin təqdimatı əsasında subyektlərin rəhbərlərini müəyyənləşdirəcəklər.

Eyni zamanda ölkə ərazisində bələdiyyə seçkiləri də keçirilir. Seçki məntəqələri 3 gün səhər saat 8-dən axşam 8-ə kimi açıq olacaq. Səsvermənin əsas günü sentyabrın 19-na təyin olunub. Federasiyada 96 min seçki məntəqəsi fəaliyyət göstərir. Xaricdə olan Rusiya vətəndaşlarının Dövlət Dumasına seçkilərdə səs verməsi üçün 144 ölkədə 348 məntəqə təşkil olunub.

CANLI YAYIM