“Buster” doza ilə bağlı ən çox verilən suallara aydınlıq gətirildi

“Buster” doza ilə bağlı ən çox verilən suallara aydınlıq gətirildi

25 Oktyabr, 15:25 Sosial mediada paylaşın:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “buster” dozanın vurulma tarixi ilə bağlı vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib.

Agentlikdən bildirilib ki, COVID-19 xəstəliyinə yoluxmuş və “İmmunitet sertifikatı” əldə etmiş şəxs 6-cı aydan başlayaraq, yəni sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində “buster” doza vurdura bilər.

“Buster” dozanı vurdurmaqla vətəndaş “İmmunitet sertifikatı”nın müddətini müddətsiz olaraq uzadır.

Məlumat üçün qeyd edək ki, yoluxmadan 5 ay sonra vaksinasiya üçün randevu.its.gov.az saytı üzərindən onlayn növbə götürülə bilər.

Əgər “buster” dozanı vurdurmaq üçün tələb olunan vaxt, yəni 2 ay ötürülərsə, o zaman “Peyvənd” sertifikatı əldə etmək üçün hər iki doza vaksin vurulmalıdır. Belə ki, vətəndaş 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurduraraq “İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz edə bilər.
 
 

CANLI YAYIM