Türkiyə Prezidenti Azərbaycan Prezidentinə üzərində “Xarıbülbül” təsviri olan saat hədiyyə edib

Türkiyə Prezidenti Azərbaycan Prezidentinə üzərində “Xarıbülbül” təsviri olan saat hədiyyə edib

26 Oktyabr, 18:57 Sosial mediada paylaşın:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə saatlar hədiyyə edib.

Bu barədə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi zamanı söhbətdə Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Dövlət başçısı hədiyyələrə görə təşəkkür edib: “Əziz qardaşım mənə bu gözəl saatları hədiyyə edib. “Xarıbülbül” təsviri də üstündə...”.

Prezident Rəcəb Tayyib Ərdoğan isə “Xarıbülbül”ün Şuşanın simvolu olduğunu bildirib: “Şuşaya gəlmişdik. Buradan Şuşa yaxındır. “Xarıbülbül” də Şuşanın simvoludur”.

CANLI YAYIM