Bərdəyə növbəti raket hücumundan 1 il ötür

Bərdəyə növbəti raket hücumundan 1 il ötür

27 Oktyabr, 11:34 Sosial mediada paylaşın:

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.

2020-ci il oktyabrın 27-də xain və qəddar düşmən növbəti dəfə cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndini "Smerç" raketləri ilə atəşə tutub. Nəticədə dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı şəhid olub, 14 nəfər isə xəsarət alıb.

Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib. Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə 5, 27 və 28 oktyabr tarixlərində, ümumilikdə 3 dəfə Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

CANLI YAYIM