Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarı artırılır

Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarı artırılır

27 Oktyabr, 13:15 Sosial mediada paylaşın:

Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının 200 manat olması nəzərdə tutulur.

Bununla bağlı məsələ “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsi Milli Məclisə daxil olub və növbəti plenar iclaslarda müzakirəyə çıxarılıb.

Qeyd edək ki, 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində olub.

CANLI YAYIM