Koronavirusa ən çox yoluxma yenə Bakıdadır

Koronavirusa ən çox yoluxma yenə Bakıdadır

27 Oktyabr, 15:25 Sosial mediada paylaşın:

Azərbaycanda ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

Bu barədə koronavirusinfo.az saytı məlumat yayıb.

Məlumata görə, ən yüksək yoluxma faizi yenə də Bakı şəhərində qeydə alınıb - 53,4 faiz.

Abşeronda 13,4 faiz, Aranda 12,4 faiz, Gəncə-Qazaxda 7,3 faiz, Şəki-Zaqatalada 3,6 faiz, Quba-Xaçmazda 3,3 faiz, Lənkəranda 2,5 faiz, Dağlıq Şirvanda 2,2 faiz, Yuxarı Qarabağda 1,5, Naxçıvanda 0,06 faiz təşkil edir.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 520 068 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 486 426 nəfər müalicə olunaraq sağalıb, 6 939 nəfər vəfat edib, aktiv xəstə sayı 24 827 nəfərdir.

CANLI YAYIM