Ağdamın “Qarabağ” komandası UEFA Konfrans Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində noyabrın 4-də səfərdə Qazaxıstanın “Kayrat” klubu ilə qarşılaşır.
Almatıdakı “Ortalık” stadionunda keçirilən görüşdə “Qarabağ” komandası 2:1 hesabı ilə qalib gəlib.
Beləliklə, bu oyundan sonra “Qarabağ” xal ehtiyatını 10-a çatdırıb. Ağdamlıların qrupda liderliyə yüksəlməsi aktivində 7 xal olan “Bazel”in səfərdə “Omoniya” komandası ilə keçirəcəyi görüşün nəticəsindən asılı olacaq. “Omoniya” və “Kayrat”ın aktivlərində 1 xal var.
Qeyd edək ki, UEFA Konfrans Liqasında qrupların liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları keçirəcəklər.