Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin YUNESKO-nun yaradıcı şəhərlər şəbəkəsinə daxil edilməsi ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən iş aparılır.
Bu barədə nazirlikdən məlumat verilib.
Xatırladaq ki, Bakı şəhəri “dizayn” tematikası üzrə 2019-cu ildən, Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən şəbəkənin üzvüdür. Lənkəran şəhəri isə bir neçə gün əvvəl “qastronomiya” tematikası üzrə Yaradıcı Şəhərlər Şəbəkəsinə qoşulub. Ümumilikdə, şəbəkə 90 ölkədən 295 şəhəri əhatə edir. Hazırda 49 şəhər YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsindədir.
Bu şəbəkə inkişafını yaradıcılıq - musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir.